“Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları qarşılaşıblar.

Oyuna sürətli başlayan "Sabah" basketbolçuları yekunda 86:71 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə "Sabah" seriyada 1:0 önə keçib. Yarımfinal seriyasının ikinci oyunu 9 mayda baş tutacaq. Ən məhsuldar basketbolçular "Sabah"dan  Entoni Patti (19 xal, 12 ribaund), "AAAF Xırdalan"dan Deymon Makdouel (26 xal, 9 asist) olublar.

Pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu ("NTD" - "Gəncə") sabah "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.