“Sabah” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
- 16 Noy 2023 18:40
- 419
Misli Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutacaq “Sabah” – “Qarabağ” oyununa bilet satışları başlayıb.
Rekord.az xəbər verir ki, matça biletləri onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-qarabag-fk/104755), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.
“Sabah” – “Qarabağ” görüşü noyabrın 24-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.