«Sabah» sayca 5-ci transferini gerçəkləşdirib.

Rekord.az-ın məlumatına görə, Masazır təmsilçisi «Qarabağ»dan Nicat Mehbalıyevi heyətinə qatıb.

Gənclər yığmasına da dəvət alan qapıçı yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Nicat yarımçıq dayandırılan mövsümün ilk yarısını icarə əsasında «Sumqayıt»da keçirib.

«Sabah» buna kimi «Keşlə»dən Slavik Alxasovun, «Qəbələ»dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.