Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə bu həftə başa çatacaq.

Rekord.az xəbər verir ki, “Qəbələ” iki gün davam edəcək 3-cü turda “Sabah”la görüşəcək.

Turun ilk günündə meydana çıxacaq “qırmızı-qaralar” sentyabrın 11-də səfər sınağına çıxacaq. Elmar Baxşıyevin yetirmələri üçün bu “Sabah”la 16-cı qarşılaşma olacaq. Əvvəlki 15 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən “Qəbələ” 2 dəfə heç-heçə edib və 5 görüşdə uduzub. İndiyədək rəqib qapısına 19 qol vuran “Qəbələ” futbolçuları 16 top buraxıblar. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox - hərəyə 3 qol vurublar.

Əvvəlki 15 oyundan 11-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 4 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 5 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi də bakılıların xeyrinədir – 11:14.

“Qəbələ” səfərdəki 8 görüşdə 4 dəfə qaib gəlib. Digər 4 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində meydan sahibləri üstündür – 10-8.

Xatırladaq ki, sentyabrın 11-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.