“Sabah” klubu iki yeni transfer həyata keçirib.

Rekord.az xəbər verir ki, “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb. Bu barədə “Sabah”ın rəsmi saytı məlumat yayıb.

2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən hər iki futbolçu “Qəbələ” Futbol Akademiyasının yetirməsidi. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək.

“Sabah” bundan əvvəl Amin Seydiyevi də transfer etmişdi. Seydiyev də yeni mövsümdə “Sabah”a qoşulacaq.