Son turda "Qəbələ"ni məğlub edən "Sabah" futbolçuları pul mükafatı alacaq.

Rekord.az xəbər verir ki, Masazır təmsilçisi bununla futbolçuları yüksək əhval-ruhiyyədə saxlamaq niyyətindədir.

Mükafatın adambaşına 500 manat olacağı gözlənilir.

Qeyd edək ki, "Sabah" son turda evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.