“Sabah” FK klubla müqaviləsinin müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı hücumçu 2020-ci ilin fevral ayından bu komandanın üzvü idi. Şeydayev “Sabah”da keçirdiyi 29 oyunda 6 qola imza atıb.

Ramil Şeydayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.