Antalyada təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşıb. Belekdəki “Titanik Mardan” stadionunda keçirilən oyuna saat 18:30-da start verilib.

Qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanıb. Tərəflər bu görüşdən heç-heçə ilə ayrılıblar.

“Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirib.

Yoxlama oyunu
15 yanvar

Sabah – Akademika Klinçeni (Rumıniya) 0:0
Türkiyə, “Titanik Mardan” stadionu

Sabah: Saşa Stamenkoviç, 2. Elçin Mustafayev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 19. Təmkin Xəlilzadə, 30. Mario Marina, 11. Şakir Seyidov, 14. Rəşad Eyubov, 26. Ozan Can Kökcü, 23. Amadu Diallo, 10. Cavid İmamverdiyev.