“Sabah” FK klubla müqavilə müddəti bitən Ruslan Abışovla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ruslan 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandasının kapitanlıq sarğısını daşıyıb.

“Sabah” FK Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.