Sopiçin  istefasından sonra "Sabah"ın boş qalan baş məşqçi postuna namizəd adları hallanmağa başlayıb.

Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.

Həmin məlumata görə, hazırda işsiz qalan Samir Abasov "Sabah"a təklif olunub. Hətta mənbəmizin məlumatına görə, təklif AFFA tərəfindən olunub. Bildiyiniz kimi, Abbasov bir müddət bundan qabaq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmüş və Məmmədov Abbasova işlə bağlı kömək edəcəyinə söz vermişdi. Deyilənə görə, Samiri də "Sabah" rəhbərliyinə məhz Məmmədov məsləhət görüb və onlar da bu təklifi isti qarşılayıb.