“Sabah” bu gün Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli "Koper" komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 43-cü dəqiqədə Abdulla Xaybulayev vurub.

"Sabah" Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək. Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq.