“Sabah” – “Sumqayıt” matçının biletləri satışda
- 17 Okt 2023 14:30
- 286
Misli Premyer Liqasının X turu çərçivəsində baş tutacaq “Sabah” – “Sumqayıt” oyununun biletləri satışdadır.
Rekord.az xəbər verir ki, biletləri “iticket.az” saytından (https://iticket.az/en/events/sport/sabah-fk-sumqayit-fk/102933), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.
Matçın biletlərinin qiyməti 1-5 manat aralığındadır.
“Sabah” – “Sumqayıt” oyunu oktyabrın 21-də, saat 18:00-da “Bank Respublika Arena”da baş tutacaq.