![photo](https://www.rekord.az/storage/uploads/5/premyer-liqa.png)
“Sabah” “Sumqayıt”a məğlub oldu
- 25 Okt 2023 20:25
- 356
Bu gün Misli Premyer Liqasında 2-ci turdan təxirə salınmış oyun keçirilib.
Rekord.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edib.
Tərəflər arasında ilk dövrədə keçirilməli olan görüş paytaxt klubunun avrokubokda iştirakı səbəbindən təxirə salınmışdı. Tərəflər arasında ötən həftə baş tutan ikinci dövrənin açılış oyununda "Sabah" qələbə qazanmışdı - 3:1. Bugünkü oyunda isə Sumqayıt təmsilçisi qələbəyə sevinib.
Misli Premyer Liqası
2-ci turun oyunu
25 oktyabr
Sumqayıt – Sabah 1:0
Qol: Kamran Əliyev, 4.
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
"Kapital Bank Arena".
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.