Premyer-liqada mövsüm başa çatmasa da, əksər klublar artıq transfer çalışmalarına başlayıb.



Rekord.az xəbər verir ki, belələrindən biri də “Sabah”dı.

 

“Sumqayıt”la matçdan sonra Konfrans Liqasına vəsiqə qazana bilməyəcəyi dəqiqələşən “tələbələr” ilk transferini məhz “kimyaçılar”dan etməyi düşünür. Belə ki, etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən, Murad Musayev “Sumqayıt”ın futbolçusu Tellur Mütəllimovun xidmətində maraqlıdı. Mənbəmiz artıq tərəflər arasında razılıq əldə olunduğunu, yaxın günlərdə “Sabah”ın Mütəllimovla yeni müqavilə bağlayacağını bildirdi. ("Futbol plus")