Azərbaycan Premyer Liqasının 2-ci turuna hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayacaq.

Rekord.az xəbər verir ki, Visente Qomesin rəhbərlik etdiyi kollektiv “Sumqayıt”la üz-üzə gələcək.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Görüş sentyabrın 5-də “Bank Respublika Arena”da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.

“Sabah” Azərbaycan Premyer Liqasının 2-ci turunda “Qəbələ” ilə qarşılaşacaq. “Sumqayıt” isə “Neftçi”nin qonağı olacaq.