Sosial şəbəkələrdə növbəti dedi-qodu gəzir. Deyilənə görə, AFFA daha bir klubun adını dəyişib, bölgəyə göndərir.

 

Rekord.az xəbər verir ki, söhbət "Sabah" klubundan gedir.

 

"Tələbələr" adını dəyişərək Şuşaya köçür. Klubun 2 il ərzində Bakıda məskunlasacağı, Azərbaycanın mədəniyyət paytaxtı bərpa olunandan sonra ora köçürüləcəyi bildirilir. Xəbərin həqiqətə uyğun olub-olmadığını öyrənməyə çalışdıq. "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “Football-plus.az” saytına bunları söylədi:
 

"Məndə belə bir məlumat yoxdu. Ümumiyyətlə, hazırda bu məsələ gündəmimizdə deyil. Gələcəkdə hansısa yenilik olsa, ictimaiyyətə məlumat veriləcək". ("Futbol plus")