Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tur start götürüb.

Rekord.az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə bir görüş baş tutub. 

Mövsümün əvvəlində o qədər də inamlı görünməyən "Sabah" "Turan Tovuz"u sınağa çəkib. Ötən mövsümün gümüş mükafatçısı bu görüşdə böyük hesabla uduzub.

Tur çərçivəsində "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri sabah, "Kəpəz" - "Araz-Naxçıvan" və "Səbail" - "Qarabağ" qarşılaşmaları isə bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası
5-ci tur

1 sentyabr 

“Sabah” – “Turan Tovuz” 0:3
Qollar: Roderk Miller, 19. Şəhriyar Əliyev, 56. Belaydi Pusi, 79.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 3. Con İrasabal, 12. Vinsent Til
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22., Seymur Məmmədov, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev

Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con
Baş məşqçi: Ayxan Abbasov