“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5-ci matçında Türkiyə klubu “Baxçaşəhər”in qonağı olub.

İstanbulda yerləşən Ülkər İdman Zalında təşkil olunan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 99:80.

“Sabah” hazırda 6 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb.