“Sabah” klubla müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mirzəbəyov və Diallo 2019-cu ilin iyun ayından “Sabah”ın uğurları üçün çalışırdı. Vilyete isə ötən ilin sentyabr ayında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü.

“Sabah” klubu hər 3 futbolçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.