“Sabah” FK Misli Premyer Liqasının 2022/23 mövsümünü uğurla başa vurdu.

Rekord.az xəbər verir ki, komanda çempionatı 2-ci pillədə başa vuraraq, tarixində ilk dəfə liqanın gümüş medallarını qazandı.

2022/23 mövsümü klub üçün daha bir neçə rekordla əlamətdar oldu:

– Komanda son mövsümdə 75 qola imza atdı ki, bu da klub tarixində ən yüksək göstəricidir.

– "Sabah" son mövsümdə qapısında cəmi 24 qol gördü. Bu, həm 2022/23 mövsümünün, həm də klub tarixinin ən yaxşı göstəricisidir.

–  Komanda mövsümü 81 xalla başa vurdu ki, bu da klub tarixində rekord nəticədir.

– Son mövsümdə "Sabah"ın ev oyunlarını ümumilikdə 41650 tamaşaçı izlədi (orta hesabla hər oyuna 2313 tamaşaçı). Misli Premyer Liqasının XIV turunun “Bank Respublika Arena”da baş tutmuş “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı stadiondan canlı izləyib. Bu, həm mövsümün, həm də klub tarixinin rekord göstəricisidir.

Misli Premyer Liqasının son mövsümündə bəzi şəxsi göstəricilərdə fərqlənən futbolçular:

Ən çox oyun keçirən (oyun sayına əsasən):

Coy-Lens Mikels və Davit Volkov(35 oyun)

Ən çox meydanda olan (dəqiqə olaraq):

Yusif İmanov (2970 dəqiqə)

Ən çox qol vuran:

Coy-Lens Mikels (17 qol)

Ən çox qol vuran (hər oyuna orta hesabla):

Aleksey Kaşuk (0,52)

Ən çox assist edən:

Coy-Lens Mikels (11 assist)