“Sabah” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
- 06 Noy 2024 20:03
- 86
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandırıb.
Rekord.az xəbər veri rki, Bakıda İsveçrə təmsilçisi "Bazel"lə qarşılaşan Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan klubunun yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.
İlk matçda "Bazel" 6:0 hesablı qələbə qazanmışdı.