Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu matçda "Sabah" "NTD-İndiqo"nun qonağı olub.

Xaçmazdakı qarşılaşma paytaxt təmsilçisinin 83:79 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra "Sabah" çempionatın vahid lederidir. Meydan sahibləri isə 20 xalla ikinci sırada qərarlaşıb.