Braziliyalı hücumçu Vaqner Lav “Sabah”a keçməyə yaxındır.

Rekord.az xəbər verir ki, bu barədə “Eurostavka” saytı məlumat yayıb.

Mənbənin iddiasına görə, Vaqneri “Sabah” layihəsi çox cəlb edir. O, Azərbaycan çempionatında ən çox maaş alan futbolçu ola bilər.

38 yaşlı futbolçunun son klubu Danimarka "Midtyulland"ı olub.

Xatırladaq ki, hücumçunun agenti Evandro Ferreyra da xarici mətbuata açıqlamasında Vaqner Lava Azərbaycan, Türkiyə və Braziliya klublarından təklif gəldiyini və danışıqların davam etdiyini açılamışdı.