![photo](https://www.rekord.az/storage/uploads/5/azerbaycanpremyerliqasi.jpg)
“Sabah” xal itirdi, “Qəbələ” “Səbail”ə uduzdu
- 07 Okt 2023 19:54
- 306
Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.
“Qəbələ” bu gün doğma meydanda “Səbail”lə münasibətlərunə aydınlıq gətirib. Qonaqlar son anda vurduqları yeganə qol sayəsində səfərdən qələbə ilə qayıdıblar.
“Sabah” isə “Araz-Naxçıvan”ı qəbul edib. Bu oyunda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun açılış oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib və 2:1 hesabıyla qalib gəlib. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” oyunları isə sabah tutacaq.
Misli Premyer Liqası
9-cu tur
7 oktyabr
“Qəbələ” – “Səbail” 0:1
Qol: Rüfət Abdullazadə, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 16:00.
Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 3. Silven Deslandes.
Baş məşqçi: Şahin Diniyev.
“Sabah” – “Araz-Naxçıvan” 1:1
Qollar: Anatoli Nuriyev, 82 – İshak Belfodil, 76-öz qapısına.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”, 18:00.
Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.