Yeni mövsümə hazırlaşan "Sabah" heyətini əcnəbi futbolçu ilə gücləndirib.

Rekord.az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi Spiro Periçiçi heyətinə qatıb.

Xorvatiyalı mərkəz müdafiəçisi son iki mövsümü Sloveniya "Maribor"unda keçirib.

O, bu klubun heyətində meydana çıxdığı 48 görüşdə 3 dəfə fərqlənməyi bacarıb.

28 yaşlı oyunçu "Maribor"dan başqa Sloveniyanın "Mura" komandasının da şərəfini qoruyub.

"Hayduk" yetirməsi olan Spiro karyerasının böyük hissəsini ölkəsinin klublarında keçirib. (sportinfo.az)