“Sabah” 2020/21 mövsümü üçün ev və səfər formalarını təqdim edib.

Rekord.az xəbər verir ki, “Nike” şirkətinin istehsalı olan olan formalar göy və ağ rəngdədir.

Komanda növbəti mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək.

Yeni formalarıın təqdimat videosunda kapitan Ruslan Abışovla yanaşı, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıb.

“Sabah” yeni formada ilk oyununu Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcək.  Qarşılaşma avqustun 22-də “Azersun Arena”da baş tutacaq və saat 20:00-da başlayacaq.