“Sabah” hücumçu Petar Şkuletiçlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.

Şkuletiçə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.