Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun “Sabah” - “Zirə” matçının vaxtı müəyyənləşib.

Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 8-də keçiriləcək.

"Bank Respublika Arena"da oynanılacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.

Qeyd edək ki, bu günə planlaşdırılan oyun Masazır təmsilçisinin bəzi futbolçularında koronavirus şübhəsi təsbit edildiyi üçün təxirə salınıb.