Misli Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Zirə” oyununun biletləri satışdadır.

Rekord.az xəbər verir ki, biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-zire-fk/103521), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

“Sabah” – “Zirə” qarşılaşması noyabrın 5-də, saat 18:30-da “Bank Respublika Arena”da baş tutacaq. Matçdan öncə azarkeşlər üçün fan-zona təşkil ediləcək.