Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

“Qəbələ” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər. Turun son matçı isə “Sabah”la “Zirə” arasında keçirilib. Bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.

Əvvəlki oyunlarda “Səbail” “Turan Tovuz”a 2:1, “Qarabağ” “Kəpəz”ə 7:1, “Sumqayıt” isə “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəlib.

Misli Premyer Liqası
12-ci tur

5 noyabr

“Qəbələ” – “Neftçi” 0:2
Qollar: Dieqo Valdes, 60. Rəhman Hacıyev, 90+4.
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Şirmamed Mamedov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu, 16:00

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 5. Kenni Sayef, 25. Aaron Olanare, 99. Ervin Koffi.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

“Sabah” – “Zirə” 0:1
Qol: Rüstəm Əhmədzadə, 90+1.
Qırmızı vərəqə: Emmanuel Apeh, 41.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Əli Əliyev
“Bank Respublika Arena”, 18:30

Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 28. Kahim Parris.
Məşqçi: Artur Olenin.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 99. Nazim Həsənzadə, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.