Azərbaycan Premyer Liqasında lehinə və əleyhinə ən çox penalti təyin olunan klubların adları məlumdur.

Rekord.az xəbər verir ki, cari mövsüm 42 belə zərbə təyin edilib: onlardan 31-i qolla nəticələnib. 11 penalti isə qola çevrilməyib.

Penaltidən ən çox qol vuran “Neftçi”dir. Bakılılar 100 faizlik nəticə göstərən üç komandadan biridir. Digər iki klub – “Zirə” və “Qəbələ” nadir hallarda belə şans qazanıb.

Sonuncular “Keşlə” kimi cəmi bir imkan əldə edib. Amma paytaxt təmsilçisi bu şansı qaçıraraq penaltidən qol vurmayan yeganə komanda olaraq qalır.

Ən çox cəzalanan isə “Sabah”dır. Bakılılar həm də daha çox - 7 qolu 11 metrlik nöqtədən buraxıb.

Penalti ilə cəzalanan
1. “Sabah” – 8 (1)
2. “Neftçi” – 6 (1)
3. “Zirə” – 6 (4)
4. “Keşlə” – 6 (2)
5. “Səbail” – 5
6. “Qəbələ” – 5 (2)
7. “Qarabağ” – 3
8. “Sumqayıt” – 3 (1)

Ümumiyyətlə, “Sabah” 2 sezondur ki, hakimlərin “qara siyahı”sındadır. Masazır təsmilçisi bugünlərdə başa çatan “futbol ili”ni 5-ci pillədə başa vurdu.

Çempionat ərzində bir çox oyunlar oldu ki, “fiz sahibləri” bu komandanın əleyhinə yanlış qərarları ilə yadda qaldı.

Belə halların dəfələrlə takrarlanması, nəticəyə təsir göstərən “ədalət təmsilçiləri”nin ədalət məhkəməsi və mühakiməsindən kənarda qalması, heç şübhəsiz, təsadüfi deyil, nədənsə xəbər verir.

Sankı AFFA rəhbərliyində yer alan bəzi simalar “Sabah”a düşmən kəsilib və onların uğursuzluğa sürükləməkdə maraqlıdır.

Adamda belə təsəvvür yaranır ki, bu şəxslər komandanın qəsdinə durmaqla kimlərəsə nəsə, hansısa mesaj yollayır, klubu ələ keçmək, öz nəzarətinə götürmək istəyir.

Bu, artıq qəsd və qərəzdir.

Hakim tapşırıq almasa, verdyi səhv qərarlara görə cəzalanacağını bilsə, belə qələtlər eləməz, qorxar. İstər Vüqar Həsənli olsun, istərsə Əliyar Ağayev.

Hamısı bir mərkəzdən idarə olunur və şübhəsiz, onlar nə “iş” gördüklərinin fərqindədir.

Səhv var, amma cəza yoxdursa, deməki ki, bu, öncədən planlaşdırılan, “Sabah”ı himayə edən insanlara yönəlik bir “əməliyyat planı”dır. Onları futbolda uğursuz kimi göstərmək, gözdən və nüfuzdan salmaq üçün.

Doğrudur, komanda mövsümü oyun mənasında sabit keçirmədi, coxsaylı məşqçi səhvləri ilə hədəflərindən uzaq düşdü. Bunu kim danır, yaxud dana bilər ki..?

Məsuliyyətini dərk etməyən futbolçuların da avrokuboklara vəsiqə qazanılmamasında payı böyükdür.

Sadəcə, bu həqiqəti unutmaq olmaz ki, hakimlərin onlara qarşı qərəzli olmasını görən istənilən komanda relsə düşə bilməz, ondan kənara çıxmağa, qəzaya uğramağa məhkumdur.

Təqdim etdiyimiz videolara diqqət yetirsəz, bir daha əmin olarsız ki, hakimlər “Sabah”ın kürəyinə necə “xəncərlər” saplayıb, onu neçə-neçə xaldan, xallardan məhrum edib.

Amma elədiklərinin müqabilində bu “fit sahibləri”nin birinə də cəza kəsilməyib, adicə sorğulanmayıb, əksinə, növbəti günlərdə təyinat verməklə mükafatlandırıblar.

SPORTİNFO.AZ