Növbəti turda “Neftçi” ilə qarşılaşacaq “Sabah” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Təmkin Xəlilzadə Monteneqro ilə oyun öncəsi məşqdə əzələsinmi ciddi şəkildə dartıb.

Bu səbəbdən  milliyə də kömək edə bilməyib. Əldə etdiyimiz məlumata görə, zədəsi ciddi olduğu üçün Xəlilzadənin yaşıl meydanlara dönüşü ən azı 10 gün çəkəcək. Bu isə o deməkdir ki, o, “Neftçi” ilə oyunu da buraxacaq.