“Sabah” klubu daha bir futbolçu ilə bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, klub Elgün Nəbiyevlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 Elgün 2018-ci ildən “Sabah”ın şərəfini qoruyurdu.

“Sabah” daha əvvəl Vadim Abdullayev, Kərim Diniyev, Məqsəd İsayev,  Cavid İmamverdiyev və Rəşad Eyubovla yollarını ayırıb.