“Sabah” növbəti mövsüm üçün qarşısına ciddi hədəflər qoyub.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik bunun üçün büdcəni daha da artıracaq, daha güclü heyət quracaq.

Artıq bununla bağlı transfer çalışmalarına da start verilib və Amil Seydiyevin transferi də bu planın tərkib hissəsidir. Komanda növbəti mövsümdən çempionluq uğurunda mübarizə aparmağı hədəfləyir.