“Sabah” iki futbolçu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə klubla müqavilə müdəti bitən yarımmüdafiəçi Vadim Abdullayev və müdafiəçi Kərim Diniyevlə yolların ayrıldığı diqqətə çatdırılıb.

Hər iki futbolçuya kluba göstərdikləri xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.