Transfer çalışmalarını davam etdirən "Sabah" Basketbol Klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, amerikalı basketbolçu DeAndre Uilyams FIBA çempionlar liqasında mübarizə aparacaq “Sabah”ın heyətinə cəlb olunub.

206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı amerikalı basketbolçu T1 liqasında mübarizə aparan "Taiwan Beer Leopards" klubunda çıxış edib.

DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən "Memphis Tigers" klubunda oynayıb.