“Sabah”da yeni müqavilə
- 17 Sen 2020 17:46
- 723
“Sabah” klubu futbolçusu Ozan Can Kökcü ilə yeni müqavilə bağlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, türk yarımmüdafiəçi 2023-cü ilə kimi Masazır təmsilçisinin uğurları üçün çalışacaq.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan Kökçü 2019-cu ilin yayından “Sabah”da çıxış edir.