![photo](https://www.rekord.az/storage/uploads/5/fil-1.jpg)
“Sabah”da yeni müqavilə
- 06 İyl 2023 21:00
- 269
“Sabah” yarımmüdafiəçi Kristian Da Silva Fil ilə yeni müqavilə bağlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2024-cü ilin iyun ayına kimidir.
Da Silva 2022-ci ilin fevral ayından “Sabah”ın üzvüdür. O, bu komandanın heyətində 34 oyun keçirib, 2 qola imza atıb.