“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub.

Rekord.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 7-ci turuna təsadüf edib.

Bakı derbisində “Səbail”lə görüşən “Sabah” səfərdə 4:2 hesablı qələbə qazanıb.

Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb. Bu topa Pavol Şafranko penaltidən imza atıb.

“Sabah” 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qolunu 2018-ci il avqustun 12-də Marko Deviç vurub. O, “Keşlə” ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb – 1:0.