![photo](https://www.rekord.az/storage/uploads/5/arif-esedov-1.jpg)
"Sabah"dan Arif Əsədovun stadiona buraxılmamasına REAKSİYA
- 09 Okt 2023 11:00
- 1801
Son turda Masazırdakı "Bank Respublika Arena"da oynanılan "Sabah" - "Araz Naxçıvan" matçını izləmək üçün stadiona gedən Azərbaycan millisinin məşqçisi Arif Əsədovun yerli mühafizəçilər tərəfindən stadiona buraxılmaması ilə bağlı mətbyatda məlumat yayılıb.
Rekord.az olaraq məsələnin məğzini öyrənmək üçün "Sabah" klubu ilə əlaqə saxladıq.
Ki, öyrənək görək, millinin məşqçisi niyə stadiona buraxılmayıb. "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov saytımıza açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi: "Birinci ondan başlayım ki, hadisə ictimaiyyətə düzgün formada təqdim olunmayıb. Söhbət heç də Arif müəllimin stadiona buraxılmaması ilə bağlı deyil. Belə məsələ, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz. Söhbət burada Arif müəllimin avtomobilinin xüsusi dayanacağa buraxılmamasından gedir. Çünki həmin dayanacaqda yer məhdud olduğuna görə ancaq müvafiq dövlət nömrə nişanları təqdim edilmiş avtomobillərin girişinə icazə verilir. Bu barədə öncədən AFFA-ya məlumat verilmişdi. Stadionun digər dayanacağına isə PFL buraxılışı olan istənilən avtomobil daxil ola bilər. Bu barədə təşkilatçı qurum olan PFL-ə də mövsümün əvvəlində məlumat verilib və razılıq əldə olunub. Arif bəyin avtomobilinin məhz həmin icazəsi olmadığı üçün buraxılmayb. Bununla belə, Arif müəllim həmin anda klub rəsmilərinə məsələ ilə bağlı məlumat versəydi, problem yerində həll olunardı. Lakin Arif müəllim ümumiyyətlə, heç kimə heç nə demədən arenanı tərk edib gedib".