![photo](https://www.rekord.az/storage/uploads/5/abdulaye-ba-1.jpg)
"Sabah"dan ayrılan futbolçu Portuqaliya klubuna keçdi
- 25 İyl 2023 11:30
- 341
"Sabah"dan ayrılan futbolçu Abdulaye Banın yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Seneqallı oyunçu "Tondela" ilə anlaşıb. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Abdulaye Ba 2022/2023 mövsümündə "Sabah"ın formasını geyinib.