![photo](https://www.rekord.az/storage/uploads/5/186872-p1sakgo957.jpg)
"Sabah"dan ayrılan Mikels yeni klubu ilə müqavilə imzaladı
- 15 Avq 2023 17:30
- 269
Ötən həftə “Sabah”dan ayrılan Coy-Lens Mikelsin yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, almaniyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanının “Əl-Faysal”ında davam etdirəcək.
Bu barədə sözügedən klubun saytı məlumat yayıb.
İmzalanma mərasimində "Əl-Faysal"ın idarə heyətinin rəhbəri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin də iştirak edib.
Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ildən “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub.