Məlum olduğu kimi, “Sabah” xüsusi formalar hazırlatdıraraq satışa çıxarıb.

Satışdan əldə ediləcək bütün gəlir ordumuza yardım üçün xərclənəcək.

Xüsusi formanın arxa hissəsinə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı əks olunub. Komanda bu formada yalnız bir oyuna çıxıb.

Satışda olan bütün formalar Premyer Lliqanın 5-ci turu çərçivəsində baş tutan “Sabah” – “Keşlə” oyununda istifadə olunub. Formaların üzərindəki adlar eyni, rəqəmlər isə müxtəlifdir.

Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov sportinfo.az-aatış prosesinin necə getməsi ilə ilə bağlı açıqlama verib:

“Təxminən 30 ədəd forma satışa çıxarılıb. Artıq bir neçəsi satılıb. Hər ötən bu satışın daha da artacağını düşünürük. Əgər tələbat olsa, əlavə sifarişlər verə bilərik.

Bəzən qiymətlərlə bağlı sosial şəbəkə vasitəsilə suallar gəlir. Əvvəla, bilmək vacibdir ki, bu, kommersiya layihəsi deyil. Məqsəd orduya dəstək olmaqdır.

Bu gün Azərbaycanda kimə desək ki, orduya nəsə ianə et, hamı canla-başla razılıq verəcək. 50 manat istəsən də verəcək, 100 manat istəsən də.

Burada isə o, ödədiyi məbləğlə həm orduya dəstək olur, həm də forma qazanır".