Bu yaxınlarda saytımızda "Sabah"ın futbolçuları Kərim Diniyevlə Elşən Abdullayevin klubdan ayrılmaq ehtimalı haqda xəbər getmişdi. Bildirmişdik ki, hər iki futbolçu az oynamaq şansı qazandığı üçün klubu tərk etmək ehtimalları var.

Lakin Rekord.az-a açıqlama verən klubun mətbuat katibi Elnur Həmidov hər iki futbolçunun komandada qalacağını bildirib.

Klub rəsmisi hazırda bu məsələnin müzakirə mövzusu olmadığını bildirib.