Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Səbail” “ASCO Arena”da “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Aftandil Hacıyevin çalışdırdığı komanda mövsümə yaxşı start versə də, son turlarda uğursuz çıxışı ilə diqqət çəkir. Elə “Sabah” da qeyri-sabit oyun sərgiləməkdədi. Bu üzdən də iki paytaxt təmsilçisinin duelində kimin sevinəcəyi maraq doğururdu. 

Xatırladaq ki, ilk dövrədə “Sabah” bu rəqibinə 3:0 hesabıyla qalib gəlmişdi. Bu dəfə hesabı "Səbail" açıb. Amma matçın sonlarında yenə 3 qol vuran "Sabah" əzmkar qələbəyə sevinib.

12-ci turun ilk oyununda “Sumqayıt” “Qarabağ”ı 2:1 hesablı məğlubiyyətlə yola salıb. Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” və “Zirə” – “Keşlə” oyunlarıyla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
12-ci tur

23 noyabr

“Səbail” – “Sabah” 1:3
Qol: M.İsayev, 76-öz qapısına - U.Diallo, 88; 90. H.Ekşteyn, 90+7.
Qırmızı vərəqə: A.Nağıyev, 86.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
“ASCO Arena”, 15:00.

Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Məşqçi: Ramin Quliyev.