“Sabah”ın klub televiziyası maraqlı paylaşım edib. Rekord.az xəbər verir ki, klub mövsümün əvvəlində və bu gün yaşanmış iki oxşar epizoda hakimlərin fərqli yanaşmasını qabardıb.

Belə ki, “Qəbələ” ilə oyunda rəqib futbolçuya oxşar epizodda sarı vərəqə göstərildiyi halda, bu gün “Sumqayıt”la ev oyununda “Sabah”ın müdafiəçisi Amin Seydiyevə birbaşa qırmızı vərəqə göstərilib. Klub da “Gələn mövsüm görüşənədək” başlığı ilə paylaşdığı videoda məhz bu fərqli yanaşmaya etirazını dilə gətirib.