“Sabah”dan ilk
- 16:15
- 38
“Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun ev oyununda heç-heçə edib.
Rekord.az xəbər verir ki, bu, 1/4 finalın “Sumqayıt”la ilk matçında yaşanıb. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu, həm də “Sabah”ın tarixinə evdəki 10-cu kubok görüşü kimi düşüb. Əvvəlki 9 oyunda heç-heçə qeydə alınmamışdı. Hesabında 3 qələbə olan Bakı klubu 6 dəfə uduzub.