“Sabah” hücumçusu Xulio Rodriqeslə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı hücumçu ilə bir illik yeni sözləşmə imzalanıb. Paraqvaylı oyunçu ötən ilin fevralında "Sabah"a keçib. O, başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah" daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə yollarını ayırıb. Əvəzində sözügedən klub “Zirə”dən Elvin Camalovu transfer edib.