15 sentyabr – Bilik Günüdür. 

Bu münasibətlə sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcək.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, pulsuz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

“Sabah” – “Turan Tovuz” oyunu sentyabrın 15-də, saat 20:30-da “Bank Respublika Arena”da keçiriləcək.