Azərbaycan Basketbol Liqasında 15-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Günün yeganə qarşılaşması Sərhədçi İdman Mərkəzində "Sabah" və “Zirvə Astara" komandaları arasında baş tutub.

Gərgin mübarizə şəraitində keçən matçdan "Sabah" basketbolçuları 75:71 hesablı qələbə ilə ayrılıblar.

Ən məhsuldar basketbolçular paytaxt klubundan Entoni Patti (21 xal, 8 ribaund), bölgə təmsilçisindən isə Cerret Henderson (20 xal, 11 ribaund) olub.

Xatırladaq ki, ilk oyun günündə NTD “Sərhədçi”yə 79:78 hesabıyla qalib gəlib. Turun digər oyunlarında “AAAF Xırdalan” “Neftçi” İK, "Gəncə" isə "Olimpik Şəki" ilə üz-üzə gələcək. Bu görüşlər müvafiq olaraq 28-29 yanvarda keçiriləcək.